Bir gündə 3 piyada öldürüldü

Azərbycanda bir gündə 3 piyada vurulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 25-də saat 07 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nigar Həşimova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Həmin gün saat 15 radələrində Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində Laçın rayon sakini Ceyhun Mirzəyev idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Həziyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Dekabrın 25-də saat 17 radələrində isə Neftçala rayonunun Dördlər kəndində rayon sakinləri Fikrət Həsənovun idarə etdiyi "Mercedes" və Elmir Novruzovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub, "Mercedes" markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Hacıxanım Həmzəyevaya dəyib. H.Həmzəyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31