Azərbaycan dəhşət: ana körpə oğlunu öldürüb
25 Dekabr 2014 14:13 KriminalLənkəran rayonunda uşaq ölümü faktı baş verib. APA-nln cənub bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb. Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb. Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib. S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31