Sumqayıtda təmirdə olan uşaq bağçası yandı
5 Sentyabr 2012 13:36 KriminalSumqayıtda uşaq bağçasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLATYLAR"ın nazirlyin saytına istinadən yaydığı məlumata görə, hadisə baş verən uşaq bağçası təmirə dayanıbmış. Ümumi sahəsi 400 kv.m (hər mərtəbəsi 200 kv.m) olan ikimərtəbəli uşaq bağçası binasının 1-ci mərtəbəsində yanğın baş verib. Hadisə nəticəsində bağçanın birinci mərtəbəsində 1 otağın döşəməsi və taxta tullantıları 30 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31