Bakıda beşmərtəbəli bina yandı,7 nəfər evakuasiya olundu

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hadisə nəticəsində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik və 2 ədəd qaz sayğacı yanıb. Yanğın zamanı 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31