Əsgərlikdən yeni qayıdan gənc faciəli şəkildə öldü – TƏFƏRRÜAT

Sentyabrın 4-də saat 12 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsində inşa edilən stadionda 1991-ci il təvəllüdlü Ramazanzadə Orxan Aftandil oğlu qaldırıcı qurğudan yıxılıb.Məlumata görə, 21 yaşlı oğlan qurğunu təmir etmək üçün hündürlüyü təxminən 10 metr olan qaldırıcının üstünə çıxıb və oradan yıxılıb. O.Ramazanzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən gənc Bakı şəhər, Səbail rayon, Bayıl qəsəbə sakinidir. O, bir neçə ay əvvəl hərbi xidmətdən qayıdıbmış və çox keçmədən ailəyə kömək məqsədi ilə işləməyə başlayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31