İranda Azərbaycana narkotika keçirən şəxsin qarnından heroin çıxdı
23 Dekabr 2014 15:16 KriminalLənkəran polisi İrandan Azərbaycana narkotika keçirərkən yaxalanan şəxsin daxili orqanlarından heroin aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Elçin Kişiyevin saxlanıldığı ŞRPŞ-nin Müvəqqəti Saxlama Yerinin kamerasına baxış zamanı 35 qram heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı E.Kişiyevin narkotik vasitəni İran İslam Respublikasından udaraq keçirməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31