Azərbaycanda iş adamı öz obyektində qətlə yetirildi
23 Dekabr 2014 15:09 KriminalGöyçay rayonunda qətl hadisəsi törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 13-də Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında, oranın sahibi Sahib Abbasovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Bəydövül kənd sakini Ələsgər Xudiyev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "TOZ-25" markalı tüfəng götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31