Səlyanda ağır qəza, 2 ölü, iki yaralı

Salyanda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 22-də saat 23 radələrində Salyan şəhərində rayon sakinləri Rauf Əsgərovun idarə etdiyi "VAZ-2103" və Elşad Mehdiyevin idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub. R.Əsgərovun sərnişinlərindən həmyerlisi Elnur Ağayev və Ağdaş rayon sakini Vüqar İsayev hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31