Bakıda polislə dalaşıb, maşının şüşələrini sındırdılar

Hadisəni törədən şəxslər tutulub

Bir neçə gün əvvəl Bakı şəhərinin Yasamal rayonu ərazisində polis nəfərləri ilə dalaşan və Post Patrul maşının şüşələrini sındıran şəxslər tutulub. Lent.az-ın məlumatına görə, sentyabrın 1-də gecə saatlarında 3 nəfər şəxs 27-ci Polis Bölməsinin ərazisində xuliqanlıq edib. Polis Post Patrul maşını ilə hadisə yerinə gəlib və həmin şəxsləri intizama dəvət edib. Onlar isə tabeçilik göstərməyiblər və polis nəfərləri ilə münaqişəyə giriblər. Həmin şəxslər post patrul maşının şüşələrini də sındıraraq aradan çıxıblar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 1982-ci il təvəllüdlü Məmmədov Rəcəb İsa oğlu, 1979-cu il təvəllüdlü Rzayev Zakir Müzəffər oğlu və 1982-ci ildə anadan olmuş Məmmədov Xasay Ramiz oğlu tutulublar. Hər 3 şəxs 27-ci Polis Bölməsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31