Bakıda 34 yaşlı qadına AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotikin maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Rəna Abdullevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə R. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Nəsimi rayonun polis əməkdaşları şəhər sakini, 1970-ci il təvəllüdlü Rəna Abdullayevanı şübhəli şəxs kimi saxlayıblar. Onun üzərində və evində aparılan axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31