Azərbaycanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb
4 Sentyabr 2012 18:02 KriminalBakı-Qazax avtomagistralının Ucar rayonundan keçən ərazisində dəhşətli qəza baş verib.
Milli.Az EL TV-yə istinadən xəbər verib ki, Bakı istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomaşın əks istiqamətdə hərəkət edən "KAmaz" markalı yük avtomobili ilə toqquşub.
"VAZ 2107" -də olan sərnişinlər, Ağsu rayon sakinləri 55 yaşlı Arif Şıxəliyev, 53 yaşlı Minarə Şıxəliyeva, 58 yaşlı Fərzulla Abdullayev, 53 yaşlı Rahilə Abdullayeva və 22 yaşlı Bənövşə Abdullayeva ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Onlardan üçünün vəziyyəti ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31