Bakıda avtoyuma məntəqəsində maşından oğurluq edilib

Bakıda avtoyuma məntəqəsində maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtoyuma məntəqəsinin işçiləri, Biləsuvar rayon sakinləri - 1983-cü il təvəllüdlü Riyad Babayev və 1994-cü il təvəllüdlü Nihad Nəzərli tutulub. Onlar dekabrın 19-da saat 12:00 radələrində, 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini Zəfər Sadıqova məxsus "Audi" markalı avtomobildən 2000 manat oğurlamaqda şübhəli bilinirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31