Bakıda işə düzəlmək istəyən şəxsdən 5300 manat aldılar

Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb. Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsi, 8-ci Polis Bölməsinə müraciət edən 1992-ci il təvəllüdlü Asulov Aslanbəy Tofiq oğlu bildirib ki, onun 5300 manat pulu mənimsənilib.Şikayətçi qeyd edib ki, mayın 15-də Salyan yolu küçəsi 30-un qarşısında tanışı, 1984-cü il təvəllüdlü Rüstəmov Cabir Nəriman oğluna onu işə düzəltməsi üçün 5300 manat verib. lakin C.Rüstəmov vədinə əməl etməyib və pulu qaytarmaqdan da imtina edib.Müraciət əsasında zəruri araşdırmalar həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31