Cəlilabadda narkotacirdən 6 kilo tiryək götürüldü
4 Sentyabr 2012 16:44 KriminalCəlilabadda narkotika alverçisi külli miqdarda narkotika satarkən ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunun ərazisində, Habil Bağışov 6 kiloqram 043 qram tiryəki satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31