Bakı sakinini oyuncaq tapança ilə qarət etdilər
4 Sentyabr 2012 16:43 KriminalBakıda mütəşəkkil cinayətkar dəstə qəribə soyğunçuluq hadisəsi törədib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Mütəşəkkil dəstənin 4 əməkdaşı bakı şəhər sakini Qəhrəman Orucovu tapançaya oxşar əşya ilə hədələyərək, ondan 35000 manat pul alıb qaçıblar. Sabunçu RPİ 12-ci PB və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Babək Həsənov, Röyal Məmmədov, Xəyyam Quliyev və Abşeron rayon sakini Zöhrab Quliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31