Saatlıda qarşıdurma, 4 nəfər bıçaqlandı

Saatlı rayonunda 4 nəfərin bıçaqlanması ilə nəticələnən qarşıdurma baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Cəfərxan kəndi ərazisində baş verib. Kənd sakini Samir Hüseynov münaqişə zəminində həmkəndliləri Zaur Babayevə, Elçin Babayevə, Rəfayel Babayevə və Asif Heybətovə bıçaqla xəsarət yetirib. S.Hüseynov Saatlı RPŞ əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31