DİN Migəçevirdə qardaşın bacısını öldürməsilə bağlı məlumat yaydı
19 Dekabr 2014 16:30 KriminalDaxili İşlər Nazirliyi Mingəçevirdəki qətl hadisəsi ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 18-də Mingəçevir şəhərində Yevlax rayon sakini Asif Qasımov qısqanclıq zəminində bacısı Ruhiyyə Qasımovanı itələyərək Kür çayına yıxıb və suda boğub. A.Qasımov könüllü olaraq Mingəçevir ŞPŞ-yə gələrək təslim olub. R.Qasımovanın meyiti sudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31