Cəlilabadda iki qardaş əkin sahəsindən 10 kilo narkotika tapdı
19 Dekabr 2014 16:27 KriminalCəlilabadda kənd sakinləri əkin sahəsindən külli miqdarda narkotika tapıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana tapıb və Dövlət Sərhəd Xidmətinin oradakı zastavasına təhvil veriblər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31