Biləsuvarda dəhşətli qətl
Evə qonaq gələn qadın ev sahibini doğrayıb öldürdü
4 Sentyabr 2012 16:41 KriminalBiləsuvar rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib . Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 2-də Cəbrayıl rayon sakinlərinin məskunlaşdıqları qəsəbədə baş verib. Qəsəbədə yaşayan Cəbrayıl Əhmədovun evinə qonaq gəlmiş Yevlax rayon sakini Könül Məmmədova münaqişə zəminində balta ilə onu qətlə yetirib. K.Məmmədova Biləsuvar RPŞ əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31