Bakıda dəmir yolu stansiyasında 2800 partlayıcı aşkarlandı
19 Dekabr 2014 14:44 KriminalAzərbaycanda dəmir yolunda külli miqdarda partlayıcı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Biləcəri Dəmir Yolu Stansiyasının ərazisində səyyar satışla məşğul olan Cəfər Daşdəmirovdan 2800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31