Bakıdakı orta məktəbdə qanlı olay

Döş qəfəsini deşib keçən bıçaq onun daxili orqanlarını da zədələyib

 Bakıdakı orta məktəbdə qan tökülüb. Bu gecə Xətai rayonu ərazisində yerləşən 261 saylı orta məktəbin həyətində 27 yaşlı Kamran Xəlilov bıçaqlanıb.ANS PRESS-in milli.az saytına istinadən verdiyi məlumat görə, onu gecə saat 23 radələrində qan içərisində xəstəxanaya çatdırıblar.Döş qəfəsini deşib keçən bıçaq onun daxili orqanlarını da zədələyib.Xətai rayon Polis İdarəsindən aldığımız məlumata görə, K.Xəlilovu tanımadığı şəxs bıçaqlayıb.Hazırda polis tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31