Saxta diplom satan tutuldu
Daxili İşlər Nazirliyi Bakıda xüsusi əməliyyat keçirib
18 Dekabr 2014 12:48 KriminalAzərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu satan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev saxlanılıb. Saxlanılan şəxs Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7000 ABŞ dollarına satarkən ifşa olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31