Bakıda rəfiqəsini öldürən qadın məhkəmə qarşısında
18 Dekabr 2014 11:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Nailə Apayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesə baxış vaxtı dekabrın 25-ə təyin edilib.
Qeyd edək ki hadisə bu ilin iyunun 18-də Nəsimi rayonunda baş verib. Mənzilində yaşayan Lalə Vəliyevanı münaqişə zəminində küt alətlə vuran Nailə Apayeva polis əməkdaşları tərəfindən həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31