İki cibgir tutuldu: üstlərindən heroin də çıxdı
17 Dekabr 2014 12:11 KriminalBakıda cibgirlik edən şəxslər həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai RPİ Cinayət Axtarış Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Qamət Qəhramanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Kamal Fərhadov tutulub. Şübhəli şəxslər - Q. Qəhramanovdan 0,160 qram heroin, K. Fərhadovdan 0,163 qram heroin aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31