20 yaşlı gənci öldürən həbs edildi

Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxs həbs olunub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 29-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 15-də A.Şərifzadə küçəsində axşam saatlarında şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Məcidzadəyə bıçaqla ağır bədən xasarəti yetirməklə onu öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Məhəmmədəli İmaməliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31