Bakıda maşın beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
Hadisə Xətai rayonu ərazisində baş verib
3 Sentyabr 2012 21:45 KriminalBakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Mercedes" markalı minik avtomobili beton maneəyə çırpılıb və yanmağa başlayıb. Hadisə yerinə xilasetmə qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü və 1 nəfər sərnişin hadisə yerində ölüb, 1 nəfər sərnişin yaralanıb. Avtomobilin yanar hissələri isə tamamilə yanıb. Yaralı xəstəxanaya aparılıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31