Bakıda mənzildən 25 min manat oğurlanıb
3 Sentyabr 2012 19:45 KriminalBakının Binəqədi rayonunda mənzildən küllü miqdarda pul oğurlanıb. Bu barədə "Azadinform"a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, rayon sakini Asif Zeynalovun evinə naməlum şəxs daxil olub.
Pəncərədən evə daxil olan naməlum şəxs evdə olan dəmir seyfi sındırmaqla 25 min manat oğurlayıb. Zərərçəkmiş evindən oğurluq hadisəsini olması barədə polisə məlumat verəndən sonra əməliyyat-istintaq qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Kərimov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31