DİN Qubadakı ağır qəza barədə məlumat yaydı, 2 ölü, 3 yaralı

Daxili İşlər nazirliyi Qubada baş verən ağır yol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 13-də saat 20 radələrində Quba rayonunun Paşaoba kəndində Vəlvələ kənd sakini Zümrəddin Cəfərovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Kamin Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşmuşdur. Z.Cəfərov hadisə yerində ölüb, K.Süleymanovun 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rusiya Federasiyası vətəndaşı Sadiyaxanım İsayeva orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31