Bakıda diri-diri yanan 44 yaşlı kişi ilə bağlı yeni xəbər
Hadisədən əvvəl ev sahibi xeyli spirtli içki qəbul edib
15 Dekabr 2014 12:42 KriminalBu gecə Bakının Sabunçu rayonunda baş vermiş dəhşətli hadisəsi ilə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın məlumatına görə, Maştağa qəsəbəsində istifadəsiz qalmış idarənin binasında məskunlaşan 44 yaşlı Qalib Hüseynov yanaraq ölərkən sərxoş vəziyyətdə olub. Bildirilir ki, Q.Hüseynov evsiz qaldığından ailəsi ilə birlikdə həmin istifadəsiz binada məskunlaşıb. Hadisə baş verən vaxt onun ailə üzvləri evdə olmayıb. Tək qalan 44 yaşlı kişi xeli spirtli içki qəbul etdikdən sonra yatıb. Daha sonra isə hələlik tam dəqiqləşməmiş səbəbdən yanğın başlayıb. Q.Hüseynov spirtli içkinin təsiri altında olduğundan yanğından xeyli gec xəbər tutub və qurtula bilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda hazırda fəaliyyət göstərməyən təmir tikinti quraşdırma idarəsinin ərazisində ümumi sahəsi 75 kv.m olan qazanxananın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı aparılan zaman 1970-ci il təvəllüdlü Qalib Şirin oğlu Hüseynovun yanmış meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Yanğının səbəbi araşdırılır.