Nəsimi rayonunda cinayət hadisəsi baş verib
15 Dekabr 2014 11:47 KriminalBakı şəhəri, Nəsimi rayonunda cinayət hadisəsi baş verib. Hadisə Asif Məhərrəmov küçəsi, 33-B ünvanında qeydə alınıb. Belə ki, dekabrın 14-də gecə saatlarına naməlum şəxslər tərəfindən 3 avtomobilin şüşələri sındırılıb. Zərərçəkmiş şəxslərin "Olaylar"-a verdikləri məlumata görə, cinayəti törədənlər avtomobilin içərisindən heç nə götürməyiblər. Sadəcə şüşələri sındırmaqla kifayətləniblər. Eyni zamanda zərər verilmiş avtomobillərin içərisi də dağıdılıb. Hadisənin kimlər tərəfindən törədildiyi barədə heç bir məlumatın olmadığı bildirilib. Sakinlərin şikayətlərindən sonra Nəsimi rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Məsələ ilə əlaqədar araşdırmanın aparılıb-aparılmaması barədə məlumat yoxdur. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31