Kafedə əxlaqsızlıq yuvası

Polis əməliyyat keçirdi

Astarada kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumatına görə, polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayon sakini Fərid Ramazanov gəlir əldə etmək məqsədi ilə Qamışovka kəndindəki kafedə əxlaqsızlıq yuvası təşkil edir. F.Ramazanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31