Gəncədə silahlı cinayətkarın kafesindən 52 min manat saxta əsginas çıxdı

Gəncədə odlu silah gəzdirən şəxsin işlətdiyi kafedən saxta pullar aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Kəpəz RPİ əməkdaşları tərəfindən dekabrın 10-da narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulmuş Arif Adıgözəlovun işlədiyi kafeyə baxış zamanı 40 ədəd 100 manatlıq, 900 ədəd 50 manatlıq, 136 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31