Samuxda 5 ay əvvəl mənzil qarət edən dəstə ələ keçdi
12 Dekabr 2014 15:46 KriminalSamuxda mənzili qarət edən dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də rayon sakini Rəşad Əliyevin evindən qızıl və məişət əşyaları oğurlamış həmyerliləri Emin Məmmədov, Xəyal Əsgərov və Tofiq Məmmədov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31