Şəkidə dəhşətli qəza: ölənlər var

Hadisə Şəki-Qax magistralında baş verib

Şəkidə baş verən yol qəzasında ölənlərin və xəsarət alanların adları məlum olub. Şəki Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qax rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Cəlal oğlu Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı, 10 XK 096 dövlət nömrə nişanlı avtomobil, 1990-cı il təvəllüdlü Qurbanov Təbriz Əlirəhman oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 55 BH 179 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü dünyasını dəyişib. Bundan başqa R. Məmmədovun idarə etdiyi maşında olan sərnişin, sürücünün qızı 23 yaşlı Aydan Ramiz qızı Məmmədova və digər avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Abdulla Rafiq oğlu Malxasov və 1988-ci il təvəllüdlü Elsevər Ramazan oğlu Əhmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 ***

Şəkidə ağır yol qəzası baş verib. Şəki Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 11.00 radələrində Şəki-Qax magistral yolunda qeydə alınıb. "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Ölən və xəsarət alanların adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31