Zaqatalada ağır qəza: ölən və yaralanan var

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10.30 radələrində Yevlax-Zaqatala-Balakən magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21014" və "VAZ-2106" markalı minik maşınlarının toqquşması nəticəsində şəxsiyyəti məlum olmayan bir kişi dünyasını dəyişib. Daha bir nəfər - 1969-cu il təvəllüdlü İsmayıl Kərimov isə aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hazırda polis qəzanın baş vermə səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31