Əsgərə işgəncə verən hərbçi fərarinin şikayəti təmin edilmədi
Sərvət Zərbəliyev 3 il 6 ay cəza çəkəcək
1 May 2012 18:29 KriminalŞirvan Apellyasiya Məhkəməsində hərbi hissədə əsgər yoldaşına işgəncə verməkdə və fərarilikdə ittiham olunan Sərvət Zərbəliyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sərvət Zərbəliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
O,Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Sərvbət Zərbəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 332.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etmə), 333.1-ci (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 334.1-ci (fərarilik) maddələri ilə ittiham edilib.