DİN gəlinini və nəvəsini öldürən qadınla bağlı məlumat yaydı
11 Dekabr 2014 14:56 KriminalDaxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 10-da Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığı bağ evində münaqişə zəminində gəlini Elnarə Nəcəfovanı daşla vuraraq Öldürüb. Ş.Hüseynova daha sonra 6 aylıq nəvəsi Emiliyanı da boğaraq öldürüb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Hüseynova tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31