Namus üstə qızını doğrayan atanın cəzası yüngülləşdirilmədi
Abış Süleymanov 11 il 3 ay cəzanı sonadək çəkəcək
1 May 2012 18:27 KriminalŞirvan Apelyasiya Məhkəməsində qızını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Ağcabədi rayon sakini Abış Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər.İttihama görə, Abış Süleymanov evində qısqanclıq zəminində qızı Pərvanəni baltalayaraq, qətlə yetirib. O, daha sonra könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək təslim olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abış Süleymanov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan Abış Süleymanov apelyasiya şikayəti verib. O, deyib ki, qızını namus üstündə qətlə yetirib. Qızını adını batırdığı üçün öldürdüyünün deyən Abış Süleymanov məhkəmədənə barəsində daha yüngül cəzanın verilməsini istəyib.Məhkəmədən verilən məlumata görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Abış Süleymanovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.