Şəmkirdə qadını qətlə yetirən şəxslər həm də saxta pul çap edirmiş
11 Dekabr 2014 13:59 KriminalŞəmkir rayonunun Dəllər qəsəbəsində qadını bıçaqla qətlə yetirmiş şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulublar. Babək Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd "Epson" markalı printer aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31