Keçmiş məhkum Gəncədə silah-sursatla gəzirmiş
11 Dekabr 2014 13:58 KriminalGəncə şəhər sakinindən narkotik vasitə, odlu silah və vasitələri aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Adıgözəlovdan 1 qram heroin, nömrəsi silinmiş "Revolver" tipli tapança və 14 ədəd müxtəlif çaplı patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31