Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
11 Dekabr 2014 12:21 KriminalBakının Xəzər rayonunun Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkan qəsəbəsində 1966-cı il təvəllüdlü Safətdin Həciyev idarə etdiyi VAZ-2106 markalı avtomobili yolun kənarında dayanan Babək rayon sakini 1977-ci il təvəllüdlü Hafiz Allahverdiyevə məxsus "Maz" markalı avtomobilə arxadan vurub. Avtoqəza nəticəsində S.Həciyev, sərnişinləri- Qazax rayon sakini, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərov, Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Cəlal İbiyev hadisə yerində ölüb. Digər sərnişini Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Vüqar Hüseynov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31