Bakıda başqasının mobil telefonunu "danışmaq" adı ilə aldı, qaytarmadı
11 Dekabr 2014 12:17 KriminalBakıda başqasının mobil telefonunu "danışmaq" adı ilə alan, sonra isə onu qaytarmayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 10-da Bakı şəhər sakini, Şahmurad Hacıyevin mobil telefonunu danışmaq adı ilə alıb və qaytarmayıb. Nizami Rrayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəm Əliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31