Mingəçevirdə qadını soyana 3 il 11 ay 27 gün cəza
1 May 2012 18:26 KriminalŞəki Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Mingəçevir şəhər sakini Murad Ramazanovun işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a Şəki Ağır Cinayətlər Məhkəməsindən məlumat veriblər. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Murad Ramazanov 3 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Murad Ramazanov 2011-ci il iyulunu 3-də Mingəçevir şəhərində Könül İbrahimovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan alıb. O, soyğunçuluq etdiyi üçün Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. İstintaq zamanı Murad Ramazanovun daha bir neçə soyğunçuluq cinayəti törətməsi müəyyən edilib.