Sərhəddə əməliyyat: saxlanılanlar var
Həyata keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb
11 Dekabr 2014 10:32 Kriminalİran İslam Respublikası istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin ictimai əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat dekabrın 6-da DSX əməkdaşları tərəfindən Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində keçirilib.Həyata keçirilən qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.