Neftçalada iki nəfəri öldürmək istəyən 12 il cəza aldı
1 May 2012 18:26 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhddə ittiham olunan Neftçala rayon sakini Ramil Məmmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a adıçəkilən məhkəmədən məlumat verilib. Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramil Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ittihama görə, Ramil Məmmədov 2011-ci il sentyabrın 8-də Neftçala rayonun Ərəbqardaşbəyli kəndi ərazisində münaqişə zəminində Pirəbbə kənd sakini Afət Babaşov və Cəngən kənd sakini Qulam Cəfərova bıçaqlayaraq, öldürməyə cəhd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31