Silahlı maskalılar evə basqın etdi
10 Dekabr 2014 14:27 KriminalAzərbaycanda evə basqın edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 9-da saat 02 radələrində Şirvan şəhərində Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girmiş 3 maskalı şəxs onu və qızı Sevinci bıçaqla hədələyərək evdən qızıl əşyalar götürüb hadisə yerini tərk edib. Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakini İsrail Vəliyev tutulub. Cinayətin iştirakçısı olan digər şəxslərin də tutulması üçün tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31