Bakıda sevgilisini aldadan şəxsə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən İlham Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlham Şirinov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlham Şirinov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. Onun sevgilisinə qarışı dələduzluq etdiyi bildirilir. Belə ki, ilkin istintaq zamanı İ.Şirinovun əvvəllər münasibətdə olduğu qadını aldatdığı məlum olub. O, qadını işə düzəldəcəyinə inandırıb və xeyli pulunu alaraq mənimsəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31