Gömrükçülərin qaçaqmal əməliyyatı

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi "Mercedes Benz" markalı, 10LD955 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar, Rusiya Federasiyasından Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına idxal nəqliyyat xətti ilə gələn Rusiya Federasiyasının vətəndaşı Qorodinskiy Artur Alekseyeviçin idarə etdiyi "Lada 219110" markalı, M908TA161 dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə gömrük baxışı zamanı həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefonlar və 176 ədəd mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılmışdır. Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31