Azərbaycanda polis gecəyarısı əməliyyat keçirdi: həbs edilənlər var

Əməliyyatın əsas hədəfi narkotik vasitələrin qanunsuz dövriyyəsi – satışı ilə məşğul olanlardır

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Baş Narkotiklərə qarşı Mübarizə İdarəsi Bərdə rayonunda əməliyyat keçirib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecəyarısı həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfərdən çox şəxs saxlanılıb. Saxlanılan şəxslərin rayonda narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilir. Onların arasında Bərdədə kriminal vəziyyətə nəzarət etmək iddiasında olanların olduğu da qeyd edilir. Xatırladaq ki, oxşar əməliyyat bir neçə gün əvvəl Hacıqabul rayonunda da həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31