Bakıda 17 yaşlı qız məktəblinin telefonunu oğurlayıb

Bakıda məktəblinin çantasından oğurluq edən şəxs müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də günorta saatlarında Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Aysel Orucovanın məktəbli çantasından mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Mehriban Həmdəmova müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31